PDF Oxu

Dünya

  • 676

Almaniyada "Əl-Qaida" üzvünün məhkəmə prosesi başlanıb

Almaniyada "Əl-Qaida" üzvünün məhkəmə prosesi başlanıb
"DPA" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 5-də Almaniyanın Frankfurt-Mayn şəhərində 25 yaşlı Suriya əsilli tanınmış alman islamçısı M.Raminin məhkəmə prosesi başlanmışdır. İttiham olunan şəxs 2009-cu ilin mayından 2010-cu ilin iyununadək "Əl-Qaida"nın üzvü olduğu və Əfqanıstan-Pakistan sərhədində terrorçuların məşq düşərgələrində hazırlıq keçdiyi üçün təqsirli bilinir. Prokurorluğun məlumatına görə, "Əl-Qaida"nın yüksək vəzifəli üzvü 2010-cu ilin əvvəllərindən M.Ramini döyüşlərdə iştirak etməkdən kənarlaşdıraraq, öz himayəsi altına almışdır. M.Rami bu xeyirxahlığın əvəzi kimi Almaniyaya səfər edib, "Əl-Qaida"nın Avropa terrorçuluq şəbəkəsinin yaranmasında iştirak etməli idi. M.Raminin başçılıq etməsi terrorçuları maliyyələşdirmək üçün vəsait toplamalı idi. O, hər yarım il ərzində "Əl-Qaida"ya 20 min avro ötürməli idi. Avropada yaradılan "Əl-Qaida" terrorçuluq şəbəkəsi rəhbərliyin başqa sərəncamlarını da yerinə yetirməli idi. M.Rami bu məqsədi gerçəkləşdirmək üçün İslamabaddakı Almaniya səfirliyinə müraciət edərək, Avropaya ailəsinin yanına qayıtmaq istədiyini bildirmişdi. Artıq M.Rami izlənilirdi və ona iyunun 21-də görüş təyin etdilər. O, Almaniya səfirliyinə gedib çata bilmədi. İyunun 19-da M.Ramini və arvad paltarı geyinmiş başqa bir şəxsi Şimali Vəziristanın nəzarət-keçid məntəqələrindən birində yoxlanış zamanı həbs etmişdilər. İki ay Pakistan həbsxanasında qaldıqdan sonra M.Ramini avqustun 25-də Almaniyaya təhvil vermişlər. 2010-cu il ABŞ-ın pilotsuz təyyarələri M.Raminin məşq keçdiyi düşərgəyə raket zərbəsi endirmiş və nəticədə 10 nəfər həlak olmuşdur.

Digər xəbərlər