PDF Oxu

Dünya

  • 832

İraqda kamikadze polis şöbəsini partladıb

İraqda kamikadze polis şöbəsini partladıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İraqda kamikadzenin törətmiş olduğu terror aktı nəticəsində ən azı 21 nəfər polis əməkdaşı həlak olmuşdur. "Əl-Cəzirə" telekanalının məlumatına görə, həlak olanların sayı 13 nəfərdir. "CNN" agentliyi ölənlərin sayının 16 nəfər olduğunu bildirir. Partlayışdan sonra 75 nəfərə yaxın adamın müxtəlif bədən xəsarəti aldığı bildirilir. İnsident Bağdadın cənub hissəsinin təxminən 100 kilometrliyində yerləşən Hill şəhərində baş vermişdir. Kamikadzenin idarə etdiyi avtomobil polis idarəsinə çırpıldıqdan sonra partlayış baş vermişdir. Avtomobildə 150 kiloqram həddində partlayıcı vasitə olmuşdur. Terror aktının törədildiyi ərazidə diametri 2 metrə çatan çuxur yaranmışdır. Yaxınlıqdakı bir neçə bina və mağazaya zərər dəymişdir. Partlayışdan dərhal sonra Bibil əyaləti hökuməti baş vermiş hadisədə Bağdadı ittiham etmiş və mərkəzi hökumətin regionların təhlükəsizliyinə diqqət yetirmədiyini vurğulamışdır. Yerli parlament başçısının dediyinə görə, terror aktlarından müdafiə olunmaq üçün mərkəzi hökumətdən istənilən əlavə vəsait vaxtında yerinə çatdırılmır. Təhlükəsizlik qüvvələrinin nümayəndələri belə hesab edirlər ki, terror aktını Üsamə bin Ladenin intiqamını almaq məqsədilə "Əl-Qaida" silahlıları törətmişdir. İnsidentin məsuliyyətini heç bir terrorçu qruplaşma öz üzərinə götürməmişdir.

Digər xəbərlər