PDF Oxu

Dünya

  • 1 005

Rusiya millətçiləri yeni hərəkat yaradıblar

Rusiya millətçiləri yeni hərəkat yaradıblar
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, "Slavyanskaya Sila" təşkilatının lideri Dmitri Demuşkin "Russkiye" adlı yeni millətçi birlik yaradıldığını bəyan etmişdir. Bu təşkilatın yaradılmasında D.Demuşkindən başqa Qeyri-Leqal Mühacirət əleyhinə Hərəkat (QLMH) keçmiş ideoloqu Aleksandr Belov, Rus Xalqı İttifaqının lideri Aleksandr Turik, Rus İmperiya Hərəkatının başçısı Stanislav Vorobyov və digərləri iştirak etmişlər. Yeni yaramış təşkilatın rəhbər orqanı Millət Şurası olacaqdır. Ali Milli Şuraya keçidli xarakter daşıyacaq sədr postunu D.Demuşkin tutacaqdır. Xatırladırıq ki, yeni yaranmış millətçilər birliyinə millətçi Vladimir Torun başçılıq etdiyi "Rusiya İctimai Hərəkatı" və "Rus Vətəndaş Birliyi" təşkilatları daxil olmamışdır. "Russkiye" milli birliyinin başlıca vəzifəsi "ümumi etnosiyasi rus həmrəyliyi"nin işə düşməsinə zəmin yaratmaq və milli dövlət hakimiyyəti yaratmaqdır.

Digər xəbərlər