PDF Oxu

Dünya

  • 984

ABŞ hinduları əməliyyata "Ceronimo" adının verilməsindən inciyiblər

ABŞ hinduları əməliyyata "Ceronimo" adının verilməsindən inciyiblər
"Assoşieyted Press" informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ Senatının hinduların məsələləri üzrə personal komitəsinin direktoru Loretta Tuell ABŞ hərbi-dəniz qüvvələrinin Üsamə bin Ladenin qətlə yetirilməsi ilə əlaqədar keçirilən əməliyyata "Ceronimo" adı verilməsini hinduların ünvanına təhqir kimi qiymətləndirmişdir. Ceronimo adı altında çıxış edən şəxs Apaçi xalqını təmsil edən Çirikua qəbiləsinin lideri olmuşdur. O, 19-cu əsrin ortalarında Amerika işğalçıları əleyhinə müharibələrdə hindulara başçılıq etmişdir. Son nəticədə, Ceronimo hökumət qoşunlarına təslim olmuşdur. Ceronimo və işğalçılara müqavimət göstərən Çirikua qəbiləsinin əhalisi haqda bir neçə kitab yazılmış, çoxsaylı televiziya və bədii filmləri çəkilmişdir. L.Tuell yerli Amerika xalqlarından birinin böyük qəhrəmanının adının ABŞ-ın bir nömrəli düşməni ilə bir sırada çəkilməsini yolverilməz hal kimi xarakterizə etmişdir. Xatırladırıq ki, mayın 10-da "Əl-Qaida" liderinin məhv edilməsi ilə əlaqədar keçirilən əməliyyat zamanı kod adı kimi "Ceronimo" sözündən istifadə edilmişdir. ABŞ dənizçiləri bin Ladenin yerini müəyyənləşdirib məhv etdikdən sonra Pentaqona "Ceronimo E-KIA" siqnalı ötürmüşlər. Bu isə, "döyüş əməliyyatı nəticəsində düşmən məhv edilmişdir" demək idi.

Digər xəbərlər