PDF Oxu

Dünya

  • 850

BMT TŞ bin Ladenin məhv edilməsini alqışlayıb

BMT TŞ bin Ladenin məhv edilməsini alqışlayıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, BMT-nin Təhlükəsizlik Şurası bazar ertəsi verdiyi bəyanatında "Əl-Qaida" terrorçuluq şəbəkəsinin lideri Üsamə bin Ladenin məhv edilməsini alqışla qarşılamışdır. Təhlükəsizlik Şurasının 15 üzvünün yekdilliklə qəbul etmiş olduğu sənəddə "bir nömrəli terrorçu"nun məhv edilməsini terrorçuluqla mübarizədə "başlıca mərhələ" hesab edildiyi bildirilmişdir. Sənəddə digər ölkə rəhbərlərinə müraciət edilmiş və terrorçuluğa sponsorluq edənlərdən qorunmaları tövsiyə edilmişdir. "Təhlükəsizlik Şurası qeyd edir ki, günahsız adamların qətlə yetirilməsinə haqq qazandırmaq qeyri-mümkündür və terrorçuluğa qarşı tək bir hərbi qüvvə ilə mübarizə aparmaq mümkün deyil. Bunun üçün qanunçuluğa ciddi əməl etmək və xüsusi hərbi əməliyyatlar keçirmək vacibdir" deyə sənəddə bildirilir. Təhlükəsizlik Şurasının yığıncağında BMT-nin baş katibi Pan Gi Mun da iştirak etmişdir. O, beynəlxalq terrorçuluq şəbəkəsinin ilhamvericisi olan bir şəxsin üzərində ədalətin bərpa olunmasına sevindiyini bildirmişdir. Xatırladırıq ki, Üsamə bin Laden mayın 2-də Pakistanın Abbatabad şəhərində ABŞ-ın xüsusi orqanı əməkdaşları tərəfindən uzun müddət gizlənmiş olduğu villasında aşkar edilmiş və raket zərbəsi nəticəsində qətlə yetirilmişdir. "Əl-Qaida" liderinin qətlə yetirilməsi ilə əlaqədar Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İsrail dövlətlərin sevindirici bəyanat yaymışdır. "HƏMAS" və "Taliban" hərəkatları isə bin Ladenin öldürülməsinin qisasını alacaqlarını vəd etmişlər.

Digər xəbərlər