PDF Oxu

Dünya

  • 1 281

Eston millətçiləri yeni partiya yaradır

Eston millətçiləri yeni partiya yaradır
"Rostimes"in məlumatına görə, Estoniyada yeni parlament seçkilərində iştirak etmək məqsədilə yeni millətçi partiya yaratmağa başlamışlar. Bu cür bəyanatla Estoniya Milli Hərəkatına (ERL) lideri Ayvar Koytl çıxış etmişdir. Yeni millətçi partiyanın bir neçə millətçi təşkilatın birləşməsindən yaradılacağı gözlənilir. A.Koytl əmin olduğunu bildirmişdir ki, onun millətçi həmkarları Finlandiya millətçilərinin "Əsil finlər" partiyasının uğurlarını təkrar edəcəklər. Xatırladırıq ki, "Əsil finlər" yaxın günlərdə Finlandiyada keçirilmiş parlament seçkilərində 20 faiz seçici səsi qazanaraq, üçüncü pilləyə yüksəlmişlər. "Əsil finlər bizə doğru yol göstərmişdir" deyə A.Koytl bildirmişdir. Estoniyada sonuncu parlament seçkiləri cari ilin martında keçirilmişdir. Həmin seçkilərdə sağ liberal İslahat Partiyası qalib gəlmişdi. Bu partiyanın lideri respublikanın baş nazir Andrus Ansipdir. Seçkilərin ümumi nəticələrinə görə, İslahat Partiyası üçüncü yer tutan mühafizəkar - millətçi partiya olan IRL-lə koalisiya yaratmışdır. IRL-ın lideri Mart Laar yeni hökumətdə müdafiə naziri postunu tutmuşdu. Millətçi hərəkat yaratmaq təşəbbüsü ilə çıxış edən Estoniya Milli Hərəkatının yeni lideri əvvəllər IRL-ın üzvü olmuşdur. Onun mülki vəzifəsi elektrik mühəndisi vəzifəsidir. Yaxınlarda keçirilən parlament seçkilərində müstəqil namizəd kimi çıxış edən A.Koytl 282 seçici səsi qazanmışdır.

Digər xəbərlər