PDF Oxu

Dünya

  • 1 119

Rumıniya ABŞ RMƏ qurğularını öz ərazisində yerləşdirəcək

Rumıniya ABŞ RMƏ qurğularını öz ərazisində yerləşdirəcək
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ və Rumıniya Amerika RMƏ sistemini Rumıniya ərazisində quraşdırmaq haqda razılıq sənədi imzalamışdır. Mayın 3-də Vaşinqtonla razılıq sənədi imzalanması haqda məlumatı Rumıniya prezidenti Trayan Besesku vermişdir. Rumıniya televiziyası ilə çıxış edən prezident ABŞ RMƏ qurğusunun ölkə ərazisində quraşdırılmasını Rusiyanın mümkün təcavüzündən müdafiə olunması kimi xarakterizə etmişdir. T.Basesku ABŞ RMƏ qurğusunun Rumıniyanın cənubunda yerləşən Olt hərbi-hava qüvvələri bazasında yerləşdiriləcəyini bildirmişdir. 200-dən 500-dək ABŞ hərbi qulluqçusunun yerləşəcəyi obyekt Rumıniya komandanlığına tabe ediləcəkdir. Vaşinqton və Buxarest RMƏ qurğusunun Rumıniya ərazisində yerləşdirilməsi məsələsini bir il ərzində müzakirə predmetinə çevirmişdir. 2010-cu ilin fevralında T.Besesku ABŞ layihəsində iştirak etməyə razılıq vermişdir. Burada yerləşdirilən qurğuda orta uzaqlıq məsafəsindən rəqib raketləri müşahidə etmək mümkün olacaqdır. Qurğu 2015-ci ildən etibarən işə salınacaqdır.

Digər xəbərlər