PDF Oxu

Dünya

  • 935

Liviya televiziyası Qəddafinin öldürülmüş qohumlarının cəsədlərini göstərib

Liviya televiziyası Qəddafinin öldürülmüş qohumlarının cəsədlərini göstərib
"Əl-Cəzirə" telekanalının məlumatına görə, mayın 1-də Liviya dövlət televiziyasının efirində Müəmmər Qəddafinin öldürülmüş oğlunun və nəvələrinin cəsədləri nümayiş etdirmişdir. Liviyanın hakimiyyət dairələrinin məlumatına görə, NATO aviasiyasının endirdiyi raket zərbələrindən sonra M.Qəddafinin kiçik oğlu Saif əl-Arab və 3 nəvəsi ölmüşdür. M.Qəddafi sağ qalmışdır. Onlar birmərtəbəli binada sığınmışdılar. NATO hərbçiləri mayın 1-də Tripoliyə bir neçə aviasiya zərbəsi endirdiyi faktını təsdiq etmişdir. Zərbənin endirildiyi ərazilərdə hərbi obyektlərin olduğu qeyd edilirdi. Liviyanın xarici işlər nazirinin müavini Xalid Kaimin dediyinə görə, aprelin 30-da NATO aviasiyası M.Qəddafinin öldürülməsinə 4-cü cəhdini etmişdir. Onun dediyinə görə, bu ərazidə heç bir hərbi obyekt yoxdur. "Frans Press"-in məlumatına görə, mayın 2-nə keçən gecə Tripolidə 3 partlayış törədilmişdir. Partlayışlar şəhərin şərq hissəsində NATO təyyarələri bu ərazidən uçub getdikdən sonra baş vermişdir.

Digər xəbərlər