PDF Oxu

Dünya

  • 889

ASDP və " Yaşıllar" Baden-Vürtemberqdə hökumət formalaşdırıb

ASDP və " Yaşıllar" Baden-Vürtemberqdə hökumət formalaşdırıb
"Şpigel" qəzetinin yazdığına görə, cari ilin martında Baden-Vürtemberqdə keçirilən torpaq seçkilərində uğur qazanmış Almaniya Sosial-Demokrat Partiyası (ASDP) və "Yaşıllar" koalisiya hökuməti formalaşdırmış və aprelin 27-də "yaşıl-qırmızı" kabinetin fəaliyyət proqramını təqdim etmişlər. "Yaşıllar" lideri Vinfrid Kreçman yeni hökumətin başçısı postunu tutaraq, torpaq hökuməti tarixində ilk dəfə olaraq, "Yaşıllar"ın baş nazir təmsilçisi sayılacaqdır. V.Kreçmanın rəsmi hökumət başçısı seçilməsi mərasimi mayın 12-də keçiriləcəkdir. Koalisiyada nisbətən kiçik həmkar hesab edilən sosial-demokratlar vəzifə portfellərinin paylanması zamanı "Yaşıllar"dan bir portfel artıq yer qazanmışlar. ASDP yerli torpaq şöbəsinin lideri Nils Şmid eyni vaxtda maliyyə və iqtisadiyyat naziri postunu tutmaqla yanaşı, həm də "supernazir" adını qazanmışdır. Sosial-demokratlar başlıca nazir potfelləri olan daxili işlər, ədliyyə əmək və sosial təminat və yeni təsis edilmiş inteqrasiya işləri üzrə nazirlik postlarını tutmuşlar. "Yaşıllar"a isə ətraf mühit, nəqliyyat, təhsil və kənd təsərrüfatı nazirlikləri düşmüşdür. Baden-Vürtemberq torpaq hökuməti proqramının başlıca müddəaları təhsildə islahatlar aparılması, atom enerjisindən imtina edilməsi, büdcə borclarının ləğvi və elektrokar istehsalının genişlənməsi və istifadə edilməsidir. Torpaq hökuməti həm də özünün xüsusi elektromobil parkını yaratmaq niyyətindədir. 88 səhifədən ibarət olan koalisiya razılaşması ASDP və "Yaşıllar"ın partiya qurultaylarında qəbul edilməlidir.

Digər xəbərlər