PDF Oxu

Dünya

  • 800

ABŞ-da tornado 300 nəfərdən çox adamın həyatına son qoyub

ABŞ-da tornado 300 nəfərdən çox adamın həyatına son qoyub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, son günlər ABŞ-da tüğyan edən bir neçə tornado və qasırğa ən azı 305 nəfərin həyatına son qoymuşdur. Təbii fəlakət Alabamada 204 nəfərin ölümünə və 1700 nəfərin yaralanmasına səbəb olmuşdur. Tennesidə 34, Missisipidə 33, Corciyada 14, Arkanzasda 12, Virciniyada 5, Missuridə 2, Kentukkidə isə 1 nəfər həlak olmuşdur. ABŞ-da ən güclü tornado 1974-cü ilin aprelində baş vermişdir. O vaxt təbii fəlakət 310 nəfəri öz qurbanına çevirmişdi. Aprelin 29-da ABŞ prezidenti Barak Obama və arvadı Mişel Alabama ştatına səfər etmişlər. Ağ Ev mətbuat mərkəzinin məlumatına görə, ABŞ prezidenti Alabamada yerli hakimiyyət dairələri, xüsusilə, qubernator Robert Betli ilə görüşərək, hadisənin təfərrüatını öyrənəcəkdir. Xatırladırıq ki, qubernatorun doğma şəhəri Tuskalusa tamamilə dağılmışdır.

Digər xəbərlər