PDF Oxu

Dünya

  • 954

ABŞ-da tornado nəticəsində həlak olanların sayı 70 nəfərə çatıb

ABŞ-da tornado nəticəsində həlak olanların sayı 70 nəfərə çatıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, son üç gün ərzində ABŞ-da tüğyan edən tornada 70 nəfərdən çox adamın həyatına son qoymuşdur. Alabama ştatında təbii fəlakət daha çox adamın həlak olmasına zəmin yaratmışdır. Burada ölənlərin ümumi sayı 45 nəfərə çatır. Missisipi və Arkanzas ştatlarının hər birində 11 nəfər həlak olmuşdur. Missuri və Tennesi ştatlarında baş verən güclü külək üç nəfərin ölümünə bais olmuşdur. Tornadonun aktivliyi aprelin 27-də özünün ən yüksək nöqtəsinə çatmışdır. Həmin gün bu ştatda 25 nəfər həlak olmuşdur. ABŞ prezidenti Barak Obama federal hökumətin təbii fəlakətin nəticələrini aradan qaldıracağını vəd etmişdir. ABŞ Milli Meteoroloji Xidməti ölkənin mərkəzi və cənub bölgələrində 110-dan çox tornadonu qeydə almışdır. Alabama, Arkanzas, Kentukki, Missisipi, Missuri, Tennesi və Oklohoma ştatlarında fövqəladə rejim elan edilmişdir. Meteoroloqlar aprelin 29-dək tornadonun olacağını ehtimal edirlər. Güclü külək və yağışlar 21 ştatda gözlənilir. ABŞ-da tornado aprelin 25-də başlamış və aprelin ortalarınadək onlarla güclü külək müşahidə edilmişdir.

Digər xəbərlər