PDF Oxu

Dünya

  • 952

Misir "FƏTH" və "HƏMAS"-çıları barışdırıb

Misir "FƏTH" və "HƏMAS"-çıları barışdırıb
"Əl-Cəzirə" telekanalının məlumatına görə, bir-biri ilə rəqabətdə olan "FƏTH" və "HƏMAS" hərəkatı liderləri milli birlik hökumətinin yaradılması haqda ümumi razılığa gəlmiş və ümumxalq seçkilərinin keçirilməsinin vaxtını müəyyənləşdirmişlər. Telekanalın məlumatına görə, razılaşma Misir kəşfiyyatının əməkdaşlığı sayəsində baş tutmuşdur. Razılaşma sənədinin imzalanması yaxın vaxtlarda Qahirədə gerçəkləşdiriləcəkdir. 2007-ci ilin yayından etibarən, "HƏMAS" hərəkatı radikalları Qəzza bölgəsində yaratmış olduqları hökuməti öz nəzarətləri altında saxlayırdılar. Beynəlxalq aləm tərəfindən tanınan "FƏTH" hərəkatı isə İordan çayının Qərb sahilini öz əlində saxlayır. Bu hökumətə Mahmud Abbas başçılıq edir. İkihakimiyyətlilik "HƏMAS" hərəkatı tərəfdarlarının Qəzza bölgəsində çevriliş etmələrindən sonra yaranmışdı. O vaxtdan etibarən, "FƏTH"-çilər vahid sistemli hökumətin yaradılması haqda "HƏMAS"-çılarla danışıq aparmağa cəhd edirdilər. Ancaq bu cəhd hər dəfə uğursuzluqla nəticələnirdi.

Digər xəbərlər