PDF Oxu

Dünya

  • 988

Liviya Rusiyadan xahiş edib ki, BMT TŞ-nin fövqəladə yığıncağını çağırmaq təklifi ilə çıxış etsin

Liviya Rusiyadan xahiş edib ki, BMT TŞ-nin fövqəladə yığıncağını çağırmaq təklifi ilə çıxış etsin
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 26-da Liviyanın hakimiyyət dairələri Rusiyadan xahiş etmişdir ki, BMT-nin Təhlükəsizlik Şurasının yığıncağının çağırılması təklifi ilə çıxış edərək, koalisiya qüvvələrinin Liviyanı bombardman etmələrini təcavüzkarlıq kimi qiymətləndirsin. Liviya hökuməti Qərbin bu əməlini "kolonial təcavüzkarlıq" kimi qiymətləndirir və koalisiya qüvvələrinin BMT TŞ-nin iki əsasnaməsini kobud surətdə pozaraq, mülki obyektləri bombardman etmələrini və Müəmmər Qəddafinin qətlə yetirilməsi niyyətini pisləmişdir. Liviya hökuməti bu cür müraciətlə Afrika Birliyinə müraciət edərək, assambleyanın fövqəladə yığıncağını keçirməyi təklif etmişdir. Liviyanın xarici işlər naziri Abdelati Obeydi Qərbin Liviyada keçirdiyi hərbi əməliyyatı yeni kolonial təcavüzkarlıq kimi xarakterizə edərək, bu cür əməlin bütün Afrika kontinentini gözlədiyini bildirmişdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı verdiyi bəyanatında BMT TŞ-nin Liviya üzərində yeni əsasnaməsini bəyənmədiyini bildirmiş və onu zorakılığın tətbiqi kimi xarakterizə etmişdir. "BMT TŞ-nin yeni əsasnaməsi zorakılığın təxirə salınmadan dayandırılmasını tələb edəcəyi təqdirdə, biz onu dəstəkləyəcəyik. Ancaq əsasnamədə Liviyada vətəndaş müharibəsinin gələcəkdə daha da dərinləşdirilməsi nəzərdə tutularsa, o zaman biz bu müddəaları dəstəkləyə bilməyəcəyik" deyə S.Lavrov bildirmişdir. Bir müddət əvvəl, Rusiyanın baş naziri Vladimir Putin M.Qəddafini müdafiə edərkən, koalisiya qüvvələrinin Liviyada keçirdiyi əməliyyatı "səlib yürüşü" kimi qiymətləndirmişdir. Liviya lideri M.Qəddafi Venesuelaya öz nümayəndə heyətini göndərmişdir. Burada qarşıduran tərəflər Liviya böhranının həlli mövzusuna toxunmağı nəzərdə tutmuşdular. Diplomatların aprelin 26-da Venesuelada keçirdikləri görüşün təfərrüatları haqda məlumat verilmir.

Digər xəbərlər