PDF Oxu

Dünya

  • 1 102

AFR-də ultrasağ partiyasının fəaliyyətini ikinci dəfə dayandırmağa cəhd edilib

AFR-də ultrasağ partiyasının fəaliyyətini ikinci dəfə dayandırmağa cəhd edilib
"Şipigel" qəzetinin yazdığına görə, Saksoniya-Anxaltanın hakimiyyət dairələri AFR rəhbərliyinin ultrasağ Almaniya Milli-Demokratik Partiyasının (AMDP) fəaliyyətini qadağan etməsi tələbi ilə əlaqədar yeni araşdırma işi aparmağa başlayacaqdır. "Biz araşdırmamızı hüquqi əsaslar üzərində aparmağı nəzərdə tuturuq" deyə Saksoniya-Anxalta daxili işlər naziri Xolger Ştalknext bildirmiş və digər torpaq hökumətlərini də onlara qoşulmağa çağırmışdır. "Şpigel"in qeydinə görə, AMDP üzərinə qadağa qoyulması məsələsi ya parlament, ya da 16 alman torpağı federal hökuməti tərəfindən Konstitusiya Məhkəməsinə verilməlidir. Ancaq torpaq hökumətləri arasında AMDP-yə münasibətdə yekdillik yoxdur. Onların bir çoxu ultrasağlar üzərinə qadağa qoyulmasının mənfi nəticələrə səbəb olacağını bildirir. Xatırladırlar ki, ilk dəfə 2003-cü ildə AMDP-nin qadağan edilməsi yönündə birinci cəhd iflasla nəticələnmişdir. Saksoniya-Anxalta hökuməti ultrasağlar üzərinə qadağa qoyulmasını ultrasağların təsir gücünün get-gedə artması ilə əlaqələndirirlər. Ancaq martda keçirilən torpaq seçkilərində AMDP-çilər heç 5%-lik baryeri də keçə bilməmişdilər.

Digər xəbərlər