PDF Oxu

Dünya

  • 911

Bəhreyndə İran diplomatını persona non qrata elan ediblər

Bəhreyndə İran diplomatını persona non qrata elan ediblər
"BNA" yerli informasiya agentliyinin yaydığı məlumata görə, Bəhreyn hökuməti İran səfirliyinin ikinci katibindən üç gün ərzində ölkə ərazisini tərk etməyi tələb etmişdir. İranın Bəhreyndəki səfirliyinin ikinci katibi Höcətullah Rəhmani Küveyt casusluq şəbəkəsi ilə əlaqədə ittiham edilir. Agentliyin məlumatına görə, aprelin 25-də Bəhreyn hökuməti H.Rəhmaniyə müvafiq nota təqdim etmişdir. Həmin günün axşamı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Bəhreyni cavab tədbiri görəcəyi ilə hədələmişdir. Manamada ilk dəfə deyildir ki, İranın diplomatik nümayəndəliyinə persona non qrata elan edilir. Aprelin əvvəllərində bu cür tələb İran səfirliyinin üç əməkdaşına münasibətdə tətbiq edilmişdir. Səfirliyin əməkdaşının üçü də casusluqda ittiham edilirdi. Buna cavab olaraq, Tehran da Bəhreynin üç diplomatını ölkə ərazisindən kənarlaşdırmışdır. Cari ilin aprelində Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası (FKƏDŞ) İran əleyhinə tənqidi çıxış etmişdir. Xatırladırıq ki, FKƏDŞ-in üzvüdür. O vaxt təşkilat Tehranı krallığın işinə qarışmaqda və yerli şiə müxalifətini dəstəkləməkdə ittiham etmişdir. Şuranın qənaətinə görə, şiə İranı Bəhreynin sünni krallığı sülaləsini devirməkdə maraqlıdır. Manama rəsmiləri Tehranını ünvanına söylədikləri ittihamlar haqda BMT-nin baş katibi Pan Gi Munu da məlumatlandırmışlar. Xatırladırıq ki, Bəhreynin şiə əksəriyyətinin sünni azlığına qarşı üsyanı cari ilin fevral ayının ortalarında başlamışdır.

Digər xəbərlər