PDF Oxu

Dünya

  • 828

Üç avtobusa hücum zamanı Pakistanda 18 nəfər həlak olub

Üç avtobusa hücum zamanı Pakistanda 18 nəfər həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistanda iki gün ərzində üç avtobusa hücum edilmişdir. Terror aktları 25-26 apreldə Bəlucistan əyalətinin Sibi şəhərində baş vermişdi. İlk terror aktında 15 nəfər həlak olmuşdu ki, onların aralarında çoxlu uşaq və qadın olmuşdur. "CNN"-in məlumatına görə, naməlum motosiklçilər əvvəl avtobusa avtomat silahlardan atəş açmış, sonra isə onu yandırmışdılar. Növbəti iki terror aktı çərşənbə axşamı səhər tezdən Kəraçi şəhərində baş vermişdi. Hər iki halda, terrorçuların məqsədi avtobuslarda gedən Pakistan hərbi-dəniz qüvvələrinin hərbi qulluqçularını məhv etmək olmuşdur. Birinci partlayıcı qurğu motosiklə bərkidilmiş, ikincisi isə yol kənarına basdırılmışdır. Aralarında yarım saat müddət olan terror aktlarında üç nəfər həlak olmuş, 30 nəfər isə yaralanmışdır. Bəlucistanda silahlıların hücumu, əsasən, əyalətin paytaxtı Kvettedə müşahidə edilir. Sind əyalətinin paytaxtı olan Kəraçidə son terror aktlarından biri aprelin 21-də törədilmişdi. Həmin vaxt partlayış nəticəsində 16 nəfər həlak olmuşdu.

Digər xəbərlər