PDF Oxu

Dünya

  • 969

Qəddafinin iqamətgahı bombardmana məruz qalıb

Qəddafinin iqamətgahı bombardmana məruz qalıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ərazisində Müəmmər Qəddafinin iqamətgahı yerləşən Tripoli hərbi bazasının bombardman edilməsi nəticəsində bir neçə bina sıradan çıxmışdır. Bab əl-Əziziyyə bazasından verilən məlumata görə, aprelin 26-na keçən gecə M.Qəddafinin iqamətgahına 4 və ya 6 raket zərbəsi endirilmişdir. Üç binanın ciddi zərər çəkdiyi bildirilir. Binalardan birinin damı çökmüşdür. "Frans Press"in məlumatına görə, M.Qəddafinin administrasiya binası da bombardman edilmişdir. Həmin vaxt M.Qəddafinin başqa binada olduğu deyilir. "Röyters"in məlumatına görə, M.Qəddafinin iqamətgahında 45 nəfər xəsarət almışdır. Beynəlxalq koalisiya qüvvələri M.Qəddafinin iqamətgahı yerləşən Bab əl-Əziziyyə hərbi bazasını martın 19-dan etibarən, bombardman edir. Aprelin 24-də Liviyanın paytaxtı Tripolidə güclü partlayış olmuşdur. Nəticədə, dövlət kanalının fəaliyyəti, müvəqqəti olaraq, dayandırılmışdır.

Digər xəbərlər