PDF Oxu

Dünya

  • 944

Yaponiya zəlzələnin nəticələrini aradan qaldırmaq üçün rekord miqdarda pul qoyub

Yaponiya zəlzələnin nəticələrini aradan qaldırmaq üçün rekord miqdarda pul qoyub
"Kido" Yaponiya informasiya agentliyinin aprelin 22-də yaydığı məlumata görə, hökumət cari maliyyə ili üçün büdcəyə əlavə maliyyə vəsaiti daxil etmək haqda qərar qəbul etmişdir. Bu ilin mart ayında Yaponiyada baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün büdcədən 4,02 trilyon yen (50 milyard dollar) vəsait ayrılmışdır. Agentlik qeyd edir ki, son zəlzələ İkinci Dünya müharibəsindən sonra Yaponiya iqtisadiyyatına böyük zərbə vurmuşdur. 1995-ci ildə Xonsyu adasındakı Xobe şəhərində baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün o vaxt hökumət 3,23 trilyon yen ayırmışdır. Yaponiyanın Maliyyə Nazirliyi dövlətin ciddi zərər dəymiş regionları bərpa etmək üçün əlavə qiymətli kağız buraxmadan vəsait tapmağa nail olacağını bildirmişdir. Maqnituda gücü 8,9 bal həddində olan zəlzələ cari ilin 11 martında Yaponiyanın şimal-şərq hissəsində yerləşən Miyaqi prefekturasında baş vermişdir. Zəlzələ və onun doğurmuş olduğu sunami 14 min nəfərin ölümünə səbəb olmuşdur. Bundan başqa, "Fukusmima-1" AES-ində radiasiya axınına səbəb olan qəza baş vermişdir.

Digər xəbərlər