PDF Oxu

Dünya

  • 1 079

Tayland və Kamboca sərhədində yeni atışma baş verib

Tayland və Kamboca sərhədində yeni atışma baş verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 22-də səhər Tayland və Kamboca sərhədində yeni silahlı qarşıdurma müşahidə edilmişdir. Hər iki tərəfdən atışanlar məbədlərdə mövqe seçmişlər. "Sinxua" yerli informasiya agentliyinin məlumatına görə, atışma yerli vaxtla səhər saat 6 radələrində baş vermiş və 4 saat yarım davam etmişdir. "Frans Press"in məlumatına görə, Tayland tərəfdən bir hərbçi həlak olmuş, 6 nəfər isə yaralanmışdır. Kamboca tərəfdə olan itkilər haqda məlumat verilmir. Hansı tərəfin birinci dəfə atəş açdığı da naməlum olaraq qalmaqdadır. Taylandın müdafiə naziri Pravit Vonsuvonun dediyinə görə, onun qoşunları Kamboca tərəfdən açılan atəş səslərindən sonra cavab atəşi açmışlar. Kamboca tərəf hücumda qarşı tərəfi ittiham etmişdir. Bundan əvvəlki qarşıdurma fevralın 4-də baş vermişdir. O vaxt atışma Prea Vxea məbəd kompleksi ərazisində müşahidə edilmişdir. Xatırladırıq ki, hər iki tərəf yüz ildir ki, bu kompleksi özününkü hesab edir. O vaxt döyüşlərdə beş nəfər həlak olmuşdur.

Digər xəbərlər