PDF Oxu

Dünya

  • 965

Sudanın cənubunda döyüşlərdə 30 nəfərdən çox adam həlak olub

Sudanın cənubunda döyüşlərdə 30 nəfərdən çox adam həlak olub
"Əl-Cəzirə" telekanalının məlumatına görə, Cənubi Sudanın şimal sərhədində yerləşən əl-Vəhdə ştatında baş vermiş atışma nəticəsində 31 nəfər həlak olmuşdur. Silahlı qarşıdurma ölkənin cənub hissəsinin müstəqilliyi uğrunda mübarizə aparan Sudan Xalq Azadlıq Ordusunun döyüşçüləri və onlara müqavimət göstərən keçmiş SPLA hərbi birliyinin hərbçiləri arasında baş vermişdir. İlkin məlumata görə, Cənubi Sudan ordusu 20 nəfər itki vermişdir. Yerli Messeriya icmasının nümayəndəsi həmin döyüşdə iştirak etdiyini bildirmişdir. Onun dediyinə görə, SPLA bazasına hücumun səbəbi hökumət hərbçilərinin Messeriya icmasına mənsub mal-qaranı oğurlamaları olmuşdur. Messeriya nümayəndəsi qəbilənin üsyançılarla heç bir əlaqəsi olmadığını bildirmişdir. Həmin şəxs 11 qəbilə üzvünün həlak olduğunu, 22 nəfərin isə yaralandığını bildirmişdir. Əl-Vəhdə ştatının hakimiyyət dairələri silahlı hücumda mərkəzi Sudan hökumətini və onun başında duran prezident Ömər əl-Bəşiri ittiham etmişdir. Ölkənin şimal və cənub hissələri arasında konflikt 20 ildən artıqdır ki, davam etməkdədir. 2005-ci ildə Sudanda vətəndaş müharibəsi başa çatmış və şərtə əsasən, 2011-ci ilin yanvarında referendum keçirilmişdir. Referendum iştirakçıları Cənubi Sudanın ayrılması tələbi ilə çıxış etmişlər. Xatırladırıq ki, ölkənin başlıca neft aktivləri məhz bu ərazidə yerləşir. Cənubi Sudan rəsmi müstəqilliyini 2011-ci ilin iyulunda qazanacaqdır. Ölkənin şimal və cənub hissələri arasında razılaşma əldə edilsə də, tez-tez sərhəddə qarşıdurma davam etməkdədir. BMT-nin məlumatına görə, qarşıdurma nəticəsində hər iki tərəfdən 800 nəfərə yaxın adam həlak olmuşdur.

Digər xəbərlər