PDF Oxu

Dünya

  • 1 048

NATO aviasiyası Tripolinin cənub-qərb hissəsinə raket zərbəsi endirib

NATO aviasiyası Tripolinin cənub-qərb hissəsinə raket zərbəsi endirib
Liviya dövlət televiziyasının məlumatına görə, NATO aviasiyası aprelin 21-də Tripoli şəhərinin cənub-qərb hissəsinə raket zərbəsi endirmişdir. Telekanal şəhərin Kalat əl-Fəryam bölgəsinə ən azı üç raket zərbəsi endirmişdir. Yerli "Jana" dövlət informasiya agentliyinin məlumatına görə, bombardman nəticəsində 7 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Həlak olanların və yaralananların hamısı dinc sakinlər olmuşdur. Liviyada martın 19-da beynəlxalq koalisiya qüvvələrinin hərbi əməliyyatı keçirilmişdir. Onlar Müəmmər Qəddafiyə loyal qüvvələrin mövqelərinə aviasiya zərbələri endirirlər. Martın 31-dən etibarən, əməliyyatlara NATO komandanlığı başçılıq edir. Xatırladırıq ki, Liviyada hərbi əməliyyatların keçirilməsi BMT TŞ-nin 17 mart qərarından sonra başlanmışdır.

Digər xəbərlər