PDF Oxu

Dünya

  • 948

Nigeriyada qanun pozuntusu nəticəsində 200 nəfərdən çox adam həlak olmuşdur

Nigeriyada qanun pozuntusu nəticəsində 200 nəfərdən çox adam həlak olmuşdur
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Nigeriyada prezident seçkilərinin nəticələri elan edildikdən sonra baş vermiş qanun pozuntusu 200 nəfərdən çox adamın ölümünə səbəb olmuşdur. Qırmızı Xaç Cəmiyyətinin verdiyi məlumata görə, qarşıdurma zəminində 400 nəfərdən çox adam yaralanmış və 40 min nəfərə yaxın əhali öz evini tərk etməli olmuşdur. Nigeriyada qanun pozuntusu prezident seçikləri keçirildikdən bir gün sonra aprelin 17-də başlanmışdır. Qarşıdurma seçkinin nəticələri elan edildikdən və xristian məzhəbli Qudlak Conatan 57% seçici səsi qazanaraq qalib gəldikdən sonra başlanmışdır. Onun rəqibi şimal müsəlmanlarının təmsilçisi olan Məhəmməd Buxari seçicilərin 31%-nin səsini qazanmağa nail olmuşdur. M.Buxari tərəfdarları seçkilərdə ciddi qanun pozuntusu olduğunu bəyan edərək, şimallılara hücum etmiş və bu da əks reaksiya doğurmuşdur. M.Buxari öz tərəfdarlarını zorakılığa son qoymağa çağırmışdır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, Nigeriyada əhalinin 50%-ə yaxın müsəlman, 40%-ə yaxın isə xristianlardır. Qalan 10%-i isə yerli ənənələrə sitayiş edən xalqların nümayəndələridir. Q.Conatan Nigeriyada prezident postunu 2010-cu ildə ölkə başçısı Umar Yar-Adua vəfat etdikdən sonra tutmuşdu. O vaxt Q.Conatan dövlət başçısının müavini olmuşdur.

Digər xəbərlər