PDF Oxu

Dünya

  • 717

Yəməndə yatan nümayişçilərə atəş açılıb

Yəməndə yatan nümayişçilərə atəş açılıb
"Frans Press" informasiya agentliyinin məlumatına görə, Yəmənin qərbində yerləşən Hudaydah şəhrində naməlum motosiklçilər nümayişçilərin düşərgə şəhərciyini atəşə tutmuşlar. Nəticədə, 1 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır. Hücum martın 20-də səhər hələ nümayişçilərin bir çoxu yuxudan oyanmamış təşkil edilmişdir. "Əl-Cəzirə" qəzetinin yazdığına görə, şəhər əhli sübh namazı zamanı atəşə tutulmuşdur. Hücum edənlər qaçmağa nail olmuşdur.
Aprelin 20-də Yəmənin cənub-qərb hissəində yerləşən Ədən şəhərində nümayişçilərlə polis arasında toqquşma baş vermişdir. "Frans Press"in məlumatına görə, bir polis həlak olmuş, üç nəfəri isə yaralanmışdır. Bir gün əvvəl, Yəmənin paytaxtı Səna şəhrində müxalifətçilər və hüquq-mühafizə orqanı əməkdaşları arasında qarşıdurma yaranmışdı. Nəticədə, 5 nümayişçi həlak olmuş, 60-ı isə yaralanmışdır. Yaralananlar arasında olan 23 nəfərin vəziyyəti ağırdır. Çərşənbə axşamı Taiz şəhərində bir nəfər həlak olmuşdur. Nümayişçi həmin gün qəfil gülləyə tuş gəlmişdir.
Yəməndə küçə nümayişləri cari ilin yanvar ayının axırlarından başlamışdır. O vaxtdan indiyədək 100 nəfərdən çox adam həlak olmuşdur ki, onların 26 nəfəri uşaqlar olmuşdur. Nümayişçilərin başlıca tələbi 30 ildən artıq prezident postunda oturmuş Əli Abdulla Salehin istefasıdır. Yəməndəki vəziyyəti nizama salmaq üçün Səudiyyə Ərəbistanın başçılığı ilə Fars körfəzi ölkələri böhrandan çıxış yolu axtarmaqdadırlar.

Digər xəbərlər