PDF Oxu

Dünya

  • 1 118

Şimali Karolina fəlakət zonası elan edilib

Şimali Karolina fəlakət zonası elan edilib
"Röyters" informasiya agentliyinin yaydığı məlumaqta görə, ABŞ prezidenti Barak Obama rəsmi surətdə Şimali Karolinanın bir neçə dairəsinin fəlakət zonasına düşdüyünü bəyan etmişdir. ABŞ - da fəlakət zonası elan edilmiş ərazilər, bilavasitə, Vaşinqton tərəfindən maliyyələşdirilir. Şimali Karolinanın 10 dairəsi Vaşinqtonun fərdi şəxslər tərəfindən maliyyələşdiriləcəkdir. Başlıca dəstək əmlakları təbii fəlakətdə zərər çəkməmiş sahibkarlara göstəriləcəkdir. 8 dairədə isə bərpa işləri yerli hakimiyyət dairələrinin federal büdcələrindən ödəniləcəkdir. Şimali Karolina ştatının qubernatoru Beverli Perduye aprelin 17-də ştatın 18 dairəsində xüsusi vəziyyət elan etmiş, dərhal sonra isə yardım üçün Vaşinqtona müraciət etmişdir. ABŞ ərazisinə dağıdıcı tornado aprelin 14-də qədəm qoymuşdur. Dağıdıcı külək ölkənin cənub ştatlarının hamısını, mərkəzi hissəsini və ölkənin cənubi-şərq sahillərini öz ağuşuna almışdır. Şimali Karolinadan başqa, Arkanzas, Virciniya və Alabama ştatları da ciddi zərər çəkmişdir. Tornado bu ştatlarda qurbanlara səbəb olmuşdur. Ümumulikdə, 45 nəfər həlak olmuşdur. Ölənlərin 22 nəfəri Şimali Karolina ştatının payına düşür. ABŞ Milli Meteoroloji Xidmətinin aprelin 19-na olan məlumatına görə, ABŞ - da tornadolar mövsümü davam edir. Növbəti təbii fəlakətlər Oklaxoma, Missuri və ölkənin digər mərkəzi ştatlarının payına düşəcəkdir.

Digər xəbərlər