PDF Oxu

Dünya

  • 874

Böyük Britaniya Müşərrəfi Pakistana verməkdən imtina edib

Böyük Britaniya Müşərrəfi Pakistana verməkdən imtina edib
"Dawn Nyus" Pakistan telekanalının məlumatına görə, Böyük Britaniya hökuməti keçmiş prezident Pərviz Müşərrəfi İslamabada qaytarmaqdan imtina edib. Bu məqsədə nail olmaq üçün Pakistan məhkəməsi Londona sorğu ünvanlamışdır. Böyük Britaniya rəsmiləri bu məsələni gündəliyə gətirmək fikrində olmadıqlarını bildirmişlər. Ölkənin xarici işlər nazirliyinin məlumatına görə, Böyük Britaniya və Pakistan arasında məhbusların dəyişdirilməsi haqda razılaşma sənədi olmadığından, bu məsələnin gerçəkləşməsi qeyri-mümkündür. Pakistanın keçmiş prezidenti P.Müşərrəfin həbsinə orderi 2011-ci ilin 12 fevralında terrorizm məsələsi üzrə yerli məhkəmə instansiyası vermişdir. P.Müşərrəf 2007-ci ilin dekabrında terror aktı nəticəsində qətlə yetirilmiş ölkənin keçmiş baş naziri Benəzir Bhuttonun qətlində şübhəli bilinirdi. Bu qətllə əlaqədar daha aktiv təhqiqatları 2009-cu ildə BMT-nin xüsusi komissiyası aparmağa başlamışdır. O vaxt P.Müşərrəf öz postunun tərk edərək, Londona getmişdi.

Digər xəbərlər