PDF Oxu

Dünya

  • 864

Barak və Mişel Obamaların xərcləri 3 dəfə azaldılıb

Barak və Mişel Obamaların xərcləri 3 dəfə azaldılıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama və arvadı Mişelin 2010-cu ildə birgə xərcləri 1,73 milyon dollar təşkil etmişdi. Aprelin 18-də açıqlanan bu məlumat prezident ailəsinin vergi deklarasiyasından götürülmüşdür. 2009-cu illə müqayisə etdikdə, prezident ailəsinin 5,5 milyon dollar qazandığını görərdik. Bu da Obamalar ailəsinin xərclərinin 3 dəfə azaldılmasından xəbər verir. İndi də, əvvəlki iki ildə də, prezident ailəsinin başlıca gəlir mənbəyi B.Obama tərəfindən yazılmış kitab satışından daxil olan pullar olmuşdur. ABŞ prezidentinin illik əmək haqqı 400 min dollar həddindədir. Prezident ailəsi 2010-cu ildə ölkənin federal büdcəsinə 453 min 770 dollar ödəmişdir. Həmin il prezident ailəsi xeyriyyə məqsədilə 245 min dollar xərcləmişdir. 2009-cu ildə bu məbləğ 329 min dollar təşkil etmişdir. ABŞ vitse-prezidenti Co Bayden və arvadı Cill 2010-cu il aprelin 18-də ailə xərcləri haqda hesabat vermişdir. Bu ailə il ərzində 379 min dollar qazanc əldə etmişdir. Bu məbləğin vergi ödənci 86,6 min dollar olmuşdur. Baydenlər xeyriyyə məqsədi ilə 5,36 min dollar xərcləmişlər. Ötənilki xərclər də təxminən eyni olmuşdur.

Digər xəbərlər