PDF Oxu

Dünya

  • 1 110

İqtidarda olan Nigeriya prezidenti seçkilərdə qalib gəlib

İqtidarda olan Nigeriya prezidenti seçkilərdə qalib gəlib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Nigeriyanın dövlət başçısı Qudlak Conatan prezident seçkilərinin rəsmi qalibi elan edilmişdir. Nigeriyada aprelin 16-da keçirilən prezident seçkilərindən sonra bülletenlərin hamısı yoxlanılmış və məlum olmuşdur ki, Q.Conatan hamıdan çox seçici səsi qazanmışdır. Q.Conatan 57%, onun yaxın rəqibi müxalifətçi Məhəmməd Buxari isə 31% səs qazanmışdır. Aprelin 18-də Nigeriyanın Mərkəzi Seçki Komissiyası Q.Conatana 22,5 milyon, M.Buxariyə isə 12,2 milyon seçicinin səs verdiyini elan etmişdir. Seçkilərin ilkin nəticələri elan edildikdən dərhal sonra müxalifətçi namizədin tərəfdarları Q.Conatanı seçiklərin nəticələrini saxtalaşdırmaqda ittiham etmişlər. Beynəlxalq müşahidəçilər isə Nigeriya seçkilərində ciddi qanun pozuntularının olmadığını bəyan etmişlər. M.Buxarinin daha çox dəstək qazandığı ölkənin şimal hissəsində müxalifətçilərlə polis arasında toqquşma baş vermişdir. Bazar ertəsi Q.Conatan müxalifət liderlərinə müraciət edərək, ölkədə sabitliyin qorunması naminə, onları zorakılıq göstərməməyə çağırmışdır. "BBC Nyus"un məlumatına görə, ölkə prezidenti sözünü birinci növbədə seçkidə iştirak edən siyasətçilərə ünvanladığını bildirmişdir. Q.Conatan 2010-cu ilin mayında prezident postu tutmuşdur. O, iqtisadi cəhətdən daha faydalı olan Nigeriyanın cənub hissəsində yaşayan xristianların dəstəyini qazanmışdır. M.Buxarinin dəstəkçiləri isə öz işlərini daha az iqtisadi göstərici ilə fərqlənən və müsəlmanların yaşadığı şimal hissəsində qurmuşlar.

Digər xəbərlər