PDF Oxu

Dünya

  • 852

"Əsil finlər" seçkilərdə üçüncü yer tutub

"Əsil finlər" seçkilərdə üçüncü yer tutub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 17-də Finlandiyada keçirilən ümumxalq seçkilərində, ilk dəfə olaraq, sağ mühafizəkar Koalisiya Partiyası qalib gəlmişdir. Bununla da, Koalisiya Partiyasının üzvləri parlamentdəki 200 yerdən 44-nü tutmuşlar. Belə ehtimal edilir ki, seçkilərdən sonra Finlandiyanın yeni baş naziri Koalisiya Partiyasının lideri 39 yaşlı Yurki Kataynen olacaqdır. O, əvvəlki hökumətin tərkibində maliyyə naziri postunu tuturdu. Finlandiya prezidenti Taryi Xalonenin lideri olduğu Sosial-Demokratik Partiya 42 mandat qazanaraq ikinci yeri tutmuşdur. İqtidarda olan Mərkəzçi Partiya əvvəlki parlament tərkibində tutduğu yerlərdən 16-sını itirmişdir. Yeni heyətdə dördüncü yerlə kifayətlənən mərkəzçilər 35 mandat qazanmışlar. Seçkilərdə başlıca gözlənilməzlik millətçi "Əsil finlər" Partiyasının üçüncü yer tutaraq, 39 mandat qazanması olmuşdur. Əvvəlki parlament tərkibində onlar cəmi 6 mandata malik olmuşlar. "Əsil finlər"in başlıca məqsədləri Finlandiyaya edilən mühacirətə məhdudiyyət qoyulması, Avropa Birliyi təkliflərindən müstəqil olmaq və ənənəvi fin adət-ənənələrinə qaytımaqdır. Keçmiş seçkilərdən fərqli olaraq, son seçkilərdə daha çox seçici iştirak etmişdir. 2007-ci ildə seçkilərdə iştirak edən seçicilərin miqdarı 67,9% təşkil edirdisə, 2011-ci ildə seçki məntəqələrinə 70,4% seçici gəlmişdi.

Digər xəbərlər