PDF Oxu

Dünya

  • 1 013

Misuratda üsyançıların itkiləri 1000 nəfərə çatıb

Misuratda üsyançıların itkiləri 1000 nəfərə çatıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Liviya üsyançılarının nəzarəti altında olan Misurat şəhərinin mühasirəsi zamanı hökumət qoşunları min nəfərin öldürülməsinə və üç min nəfər adamın isə yaralanmasına nail olub. Yerli xəstəxanalardan birinin baş həkimi faktların doğruluğunu təsdiq edib. Həkim Xaled Əbu Falhanın dedediyinə görə, qurbanların 80 faizini dinc sakinlər təşkil edir. O, öldürülənlərin əksəriyyətinin kasset bombaları və snayperlər tərəfindən törədildiyini bildirir. Misurat şəhərinin mühasirəsi bir ay yarımdır ki, davam edir. Xatırladırıq ki, Misurat şəhəri Liviyanın qərbində yerləşir. Bu şəhər paytaxt Tripolinin yolu üstündədir. Tripoliyə qədər ərazidə isə Müəmmər Qəddafinin doğma şəhəri Sirt yerləşir. İnformasiya blokadası səbəbindən Misurat şəhərində baş verən döyüşlər zamanı üsyançıların itkiləri haqda dəqiq məlumat əldə etmək qeyri-mümkün idi. NATO qoşunları Liviyada hərbi əməliyyata başladıqdan sonra jurnalistlər şəhərə girməyə müvəffəq olmuşdular. Əvvəllər müttəfiq qoşunları Qəddafinin şərq bölgələrindəki mövqelərinə zərbələr endirirdilər. Bundan sonra NATO-nun hərbi təyyarələri Misurat ətrafındakı hərbi texnikanı və gəmiləri bombalamağa başladılar. NATO-nun hərbi əməliyyatlara qoşulmasının məqsədi genişmiqyaslı vətəndaş müharibəsinin qarşısını almaq olmuşdur. Qətər və BƏƏ də Qərb müttəfiqlərinə qoşulmuşdur və onlar BMT TŞ-nin 17 mart əsasnamə layihəsi üzrə hərəkət edirlər. Üsyançıların itkiləri 10 min nəfər həddindədir.

Digər xəbərlər