PDF Oxu

Dünya

  • 1 189

ABŞ-da tornado qurbanlarının sayı 45 nəfərə çatıb

ABŞ-da tornado qurbanlarının sayı 45 nəfərə çatıb
"Assoşieyted Press" informasiya agentliyinin aprelin 17-nə olan məlumatına görə, ABŞ-da tornado nəticəsində həlak olanların sayı 45 nəfərə çatmışdır. Yalnız Şimali Karolina ştatında aprelin 16-na keçən gecə 62 tornado qeydə alınmışdır. Bu təbii fəlakət nəticəsində 21 nəfər həlak olmuşdur. Ştatın qubernatoru Huverli Perduye dərhal ştat ərazisində fövqəladə vəziyyət elan edilmişdir. Qubernatorun dediyinə görə, 1984-cü ilin martında ştatın ərazisində bu qədər çoxsaylı tornada müşahidə edilməmişdir. Həmin vaxt ştatda 42 nəfər həlak olmuşdur. Qonşu Cənubi Karolinada isə ölənlərin sayı 15 nəfərə çatmışdır. Aprelin 16-da tornado Şimali Karolina əhalisinin 250 min nəfərini işıqsız qoymuşdur. Tornadolar seriyası aprelin 14-də Oklaxoma ştatı tərəfdən başlanmışdır. Bundan dərhal sonra güclü külək Arkanzas, Misisipi, Alabama, Şimali Karolina və Virciniya ştatlarına keçmişdir. Nəticədə, Arkanzas, Alabama və Virciniya ştatlarının hərəsində 7 nəfər həlak olmuşdur. Oklaxomada 2, Misisipidə 1 nəfər həlak olmuşdur. Virciniya ştatında da fövqəladə vəziyyət elan edilmişdi.

Digər xəbərlər