PDF Oxu

Dünya

  • 959

Liviya koalisiya liderləri Qəddafini devirəcəklərini vəd ediblər

Liviya koalisiya liderləri Qəddafini devirəcəklərini vəd ediblər
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ, Böyük Britaniya və Fransa liderləri Müəmmər Qəddafi Liviya rəhbəri səlahiyyətindən imtina edincəyədək, bu ölkədə hərbi əməliyyatları davam etdirəcəklərini bəyan etmişlər. Aprelin 15-nə keçən gecə ABŞ prezidenti Barak Obama, Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa prezidenti Nikolya Sarkozi qəbul etmiş olduqları deklorasiyada Liviyanın mülki əhalisini müdafiə etmək məqsədilə hərbi əməliyyatları davam etdirəcəklərini vəd etmişlər. "Frans Press"in məlumatına görə, koalisiya üzrə həmkarlar Qəddafinin gələcəkdə hakimiyyətdə qalması ehtimalının "ağlasığmaz" olduğunu bəyan etmişlər. Fransa, Böyük Britaniya və ABŞ beynəlxalq koalisiya liderləridir və bu səbəbdən də, martın 29-dan etibarən, BMT-nin Liviyada sanksiyalaşdırdığı hərbi əməliyyatlara başlamışlar. Hər 3 ölkənin hərbi-hava və hərbi-dəniz qüvvələri Liviyanın havadan müdafiə obyektlərinə və hökumət qoşunlarının mövqelərinə aviasiya zərbələri endirmişlər. Martın 31-də etibarən, müttəfiqlərin hərbi əməliyyatlarına NATO başçılıq edir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 17 mart əsasnamə layihəsinə müvafiq olaraq, koalisiya qüvvələrinin hərbi əməliyyatlar keçirməsi dinc əhalinin müdafiə edilməsi məqsədi güdür. Hərbi əməliyyatların keçirildiyi ilk həftələrdə müttəfiqlər Liviya hökumətinin devrilməsinə cəhd etmədiklərini bildirmişlər. NATO-nun baş katibi Anders Foq Rasmussen belə bir bəyanat vermişdi ki, Liviyada hərbi əməliyyatlar "lazımi vaxtadək" davam etdiriləcəkdir. Bu məqsədlə o, koalisiya qüvvələrinə yeni hərbi əməliyyatlar keçirmək üçün əlavə qırıcı təyyarələri göndərməyi tövsiyə etmişdir.

Digər xəbərlər