PDF Oxu

Dünya

  • 891

Suriyada yeni hökumət formalaşıb

Suriyada yeni hökumət formalaşıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Suriyada yeni hökumət formalaşmışdır. Yeni kabinet aprelin 3-də ölkə prezidenti Bəşər Əsəd tərəfindən formalaşdırılmış, hökumətə rəhbərlik isə baş nazir Adel Səfərə tapşırılmışdır. Hökumətin formalaşdırılması haqda dekret köhnə Nazirlər Kabinetinin istefaya göndərilməsindən 16 gün sonra aprelin 14-də imzalanmışdır. Bu da Suriyada müxalifətçilərin kütləvi etiraz aksiyalarının başlanmasından bir ay keçdiyini xəbər verməkdədir. B. Əsəd hökuməti istefaya göndərdikdən sonra Suriyada siyasi dəyişikliklərin qaçılmaz olduğunu bildirmişdir. Suriya rəhbərliyi etiraz aksiyalarının keçirilməsində "xarici ölkələrin təxribatçı elementlərinin" və "silahlı bandit qruplaşmalarının" əli olduğunu bildirmiş və ölkənin iri şəhərlərində keçirilən nümayişləri dağıtmaq üçün güc tətbiq etmişdir. Aprelin 12-də Suriyanın hüquq-müdafiə təşkilatları, martın 15-dən etibarən, Suriyada ən azı 200 nəfərin öldürüldüyünü bəyan etmişlər. Aprelin 14-də ABŞ Dövlət Departamenti belə bir bəyanat vermişdir ki, nümayişlərin dağıdılmasında İran hökuməti Suriyaya silahlı yardım göstərir. ABŞ-da belə hesab edirlər ki, Tehran Dəməşqə pul və texnika sarıdan kömək edir, İranın xüsusi xidmət orqanı əməkdaşları isə suriyalı həmkarları ilə təcrübə mübadiləsi aparırlar.

Digər xəbərlər