PDF Oxu

Dünya

  • 965

Ali Müfti Rusiya gerbinə aypara əlavə etməyi təklif edib

Ali Müfti Rusiya gerbinə aypara əlavə etməyi təklif edib
"Moskovski Novosti" qəzetinin aprelin 15-də yazdığına görə, Rusiya Müsəlmanlarının Mərkəzi Ruhani İdarəsinin Ali Müftisi Talqat Tacuddin müsəlman rəmzi kimi Rusiyanın gerbinə aypara əlavə etmək təklif ilə çıxış etmişdir. T.Tacuddinin fikrincə, gerbin üzərində ikibaşlı qartalın üzərində həkk edilmiş Quranın üstündəki xaçı ayparanın əvəz etməsi daha münasib olardı. İdeya müəllifləri ayparanı gerbin mərkəzində həkk edilmiş Quran üzərindəki xaça əlavə edilməsini də təklif edirlər. Müftinin dediyinə görə, belə olacağı təqdirdə, heç bir düşmən qüvvə dini faktorun Rusiyanın birliyinə zərər vurmaq gücündə olmayacaqdır. Artıq T.Tacuddin gerb üzərinə həkk ediləcək ayparanın eskizlərini Rusiya regionlarındakı baş müftilərə göndərmişdir. Ali Müfti bu məsələ ilə əlaqədar öz fikirlərini Rusiyanın baş naziri Vladimir Putin və prezident Dmitri Medvedevlə bölüşdüyünü bildirmişdir.

Digər xəbərlər