PDF Oxu

Dünya

  • 753

Medvedev Liviyaya münasibətdə Qərbi səlahiyyətlərini aşmaqda ittiham edib

Medvedev Liviyaya münasibətdə Qərbi səlahiyyətlərini aşmaqda ittiham edib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev Liviya hərbi kampaniyasında iştirak edən Qərb ölkələrini öz səlahiyyətlərini aşmaqda ittiham etmişdir. Xatırladırıq ki, onlara bu səlahiyyətləri BMT TŞ-nin qəbul etdiyi müvafiq əsasnamə vermişdir. D.Medvedev demişdir ki, BMT TŞ-nin Liviya haqqında qəbul etdiyi əsasnamə layihəsi çox normal bir sənəd olsa da, onu pis şərh edirlər: "Bəziləri əsasnamənin pis olduğunu desələr də, mən onları haqlı saymıram. Çünki bu sənəd tamamilə münasib bir sənəddir. Ancaq başlıca cəhət əsasnamənin tələblərini yerinə yetirməkdir. Bəziləri isə bunun, əksinə olaraq, mandatlarının səviyyəsini aşmağa cəhd edirlər. Bu hal isə beynəlxalq münasibətlərdə olduqca təhlükəli tendensiyadır". D.Medvedev qeyd etmişdir ki, 1973 №-li Liviya əsasnaməsində səlahiyyətlərin aşma həddi müşahidə edilir. Rusiya prezidenti həmin sənədin mahiyyətinə uyğun olaraq hərəkət etməyin vacibliyini vurğulamışdır.

Digər xəbərlər