PDF Oxu

Dünya

  • 899

102 yaşlı yaponiyalı radiasiya səbəbindən intihar edib

102 yaşlı yaponiyalı radiasiya səbəbindən intihar edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, 102 yaşlı Fukusima prefekturasının sakini doğma kəndində radiasiya səviyyəsinin yüksəlməsi səbəbindən intihar etmişdir. Onun yaşadığı İitate kəndi "Fukusima-1" atom-elektrik stansiyasının 39 kilometrliyində yerləşir. İitate kəndində radiasiya fonunun yüksəlməsi haqqında məlumat hələ martın 30-da yayılmışdı. O vaxt verilən xəbərə görə, AES-in 30 kilometrlik radiusunda radiasiya həddinin yüksəldiyi qeyd edilmişdi. Tezliklə radiasiya həddində enmə müşahidə edilməyə başlamışdı. 102 yaşlı kənd sakininin evində evakuasiya məsələsi müzakirə edilmişdi. Agentliyin məlumatına görə, İitatenin ən yaşlı sakini doğma evini tərk etmək istəməmişdi. Söhbət başa çatdıqdan sonra o, özünü öldürmüşdü. "Fukusima-1" AES-i ətrafında yaranan radiasiya 20 kilometr diametr həddindədir. Ancaq 30 kilometr məsafədə isə yaşamaq münasib hesab edilmir. Yaponiyada qeyri-münasib məsafəni 40 kilometr həddinə çatdırmaq istəyirlər. ABŞ öz vətəndaşlarına məsləhət görür ki, AES-in 80 kilometrliyindən uzaqda hərəkət etsinlər.

Digər xəbərlər