PDF Oxu

Dünya

  • 811

Estoniyada prezident səlahiyyətləri məhdudlaşdırılıb

Estoniyada prezident səlahiyyətləri məhdudlaşdırılıb
"DELFİ" informasiya agentliyinin yaydığı məlumata görə, Estoniya parlamenti konstitusiyada dəyişiklik etmişdir. Bu dəyişikliyə görə, ölkə prezidenti ali baş komandan seçilmək hüququndan məhrum edilir. Estoniya Müdafiə Ordusu hərbiləşdirilmiş Kaytseliyt adı altında formalaşıb. Yeni dəyişikliyə əsasən, ali baş komandanı prezidentin təklifi ilə parlament seçir. Yeni redaksiyada komandanı müdafiə nazirinin təklifi ilə hökumət seçəcəkdir. Konstitusiya dəyişikliyi təklifini Estoniya prezidenti Toomas İlves irəli sürmüşdür. Onun fikrincə, komandan parlament respublikası olan Estoniyanın dövlət quruluşuna müvafiq tərzdə müəyyən edilməlidir. Konstitusiyada dəyişiklik edilməsinə parlamentin 101 deputatının 67-si səs vermişdir.

Digər xəbərlər