PDF Oxu

Dünya

  • 791

Hüsnü Mübarək həbs edilib

Hüsnü Mübarək həbs edilib
"Frans-Press" informasiya agentliyinin aprelin 13-də yaydığı məlumata görə, Misirin yeni hökuməti keçmiş prezident Hüsnü Mübarəki həbs etmişdir. İlkin məlumata görə, keçmiş prezident 15 gün ərzində nəzarət altında saxlanılacaqdır. Aprelin 10-da H.Mübarək müxalifətçilərin küçə və meydanlardan kobud tərzdə qovulmasına və korrupsiya cinayətlərinə görə dindirilməyə çağırılmışdır.
Müstəntiqlər H.Mübarəki Qahirəyə dəvət etsələr də, sağlamlıq durumunun pis olması ilə əlaqədar o, bu tələbi gerçəkləşdirə bilməmişdir. Aprelin 12-də dindirmə başladıqdan sonra keçmiş prezident aclıq elan etmişdir. Bundan sonra ürəyində nasazlıqlar yaranan H.Mübarək yerli xəstəxanaya yerləşdirilmişdir. Onu polislər müşayiət etmişlər. Vəziyyəti yaxşılaşdıqdan sonra, dindirmə davam etdirilmişdir.
Aprelin 13-də məlum olmuşdur ki, H.Mübarəkin oğulları Alya və Qamal həbs edilərək, Şarm əl-Şeyxə gətirilmişlər. Hər ikisi dindirilmə zamanı nəzarət altında olmuşlar. Onlar da ataları kimi nümayişlərin kobud surətdə dağıdılmasında və korrupsiyada ittiham olunurlar. Bazar günü Misirin keçmiş baş naziri Əhməd Nazif də 15 günlüyə həbs edilmişdir.
H.Mübarək Misir prezidenti postunu 11 fevral 2011-ci il inqilabından sonra tərk etmişdir. Sentyabrda başlanacaq parlament seçkilərinədək hökumət hərbçilərin əlində olacaqdır. H.Mübarək istefaya çıxdıqdan sonra Şarm əl-Şeyxdəki iqamətgahına getmişdir. Misirdə yayılmış videoyazılara görə, H.Mübarək aprelin 10-da üzərinə qoyulan ittihamların hamısını rədd etmişdir.

Digər xəbərlər