PDF Oxu

Dünya

  • 954

Qətər neft satmaqda Liviya üsyançılarına kömək edib

Qətər neft satmaqda Liviya üsyançılarına kömək edib
"Əl-Cəzirə" telekanalının məlumatına görə, Qətər hökuməti Livanın Milli Müvəqqəti Şurasına müəyyən miqdarda neft satmaqda kömək etmişdir. Bu məqsədlə iki tanker neft Tobrukdan çıxarılmışdır. Bundan başqa, Qətər hökuməti Benqazi limanına neft, dizel yanacağı və benzin məhsulları çatdırmışdır. Qətərin Energetika Nazirliyinin verdiyi bəyanata görə, Liviya neftinin satılmasında gələcəkdə də üsyançılara kömək ediləcəkdir. "Assoşieyted Press"in məlumatına görə, Qətər hökuməti üsyançıların 120 milyon dollar dəyərində olan bir partiya neftini satmaqda onlara kömək etmişdir. Bu alqı-satqı keçən həftə gerçəkləşdirilmişdir. Neftin alıcısı haqda məlumat verilmir. İlk tankerin Tobrukdan çıxarılması haqda məlumat aprelin 16-da yayılmışdır. Üsyançıların 1 milyon barrel həcmində nefti kimə satmaları da naməlum qalmışdır. Son vaxtlar Livanda baş verən hərbi konflikt neft satışının dünya bazarına çıxarılmasına ciddi maneçilik törətməkdədir. Qarşıdurma zamanı Liviyanın nəhəng neft sənayesi mərkəzlərindən biri olan Sərir aprelin 7-də bombardman edilmişdir.

Digər xəbərlər