PDF Oxu

Dünya

  • 643

Suriya hüquq müdafiəçiləri 200 nəfər nümayişçinin öldürüldüyünü bildirmişlər

Suriya hüquq müdafiəçiləri 200 nəfər nümayişçinin öldürüldüyünü bildirmişlər
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Suriyanın "Dəməşq deklarasiyası" hüquq-müdafiə qrupu hökumət əleyhinə etiraz aksiyaları başlandığı gündən bu vaxtadək hökumət qüvvələrinin ən azı 200 nəfər nümayişçini qətlə yetirdiyini bəyan etmişdir. Bununla əlaqədar, qrup üzvləri Ərəb Dövlətləri Liqasına müraciət edərək, onu 1994-cü ildən hakimiyyətdə olan Suriya prezidenti Bəşər Əsəd rejimi əleyhinə sanksiya tətbiq etməyə çağırmışdır. "Hakimiyyət dairələri şəhərləri mühasirəyə alıb, vətəndaşları terrorizmə məruz qoyur, baxmayaraq ki, əhali öz çıxışlarının dinc xarakter daşıdığını bildirir" deyə "Dəməşq deklarasiyası" nümayəndələri ƏDL-in baş katibi Əmir Musaya göndərdikləri məktubda bildirmişlər. Sənəd Suriyanın cənub şəhəri olan Daraa və eləcə də, ölkənin digər regionlarında hakimiyyət dairələrinin zorakılıq əməllərinə cavab olaraq hazırlanmışdır. Son nümayişlər Banias və Dəməşq şəhərlərində 1500-dək yerli universitet tələbələrinin iştirakları ilə baş tutmuşdur. Aksiya iştirakçılarının dediklərinə görə, onların sıraları get-gedə genişlənir və ölənlərin yerinə onların qohumları nümayişə çıxır. Suriyanın hakimiyyət dairələri etiraz aksiyalarına güc metodları ilə cavab verməkdə davam edir. Prezident B.Əsəd yaxın vaxtlarda ciddi islahatların aparılacağını bildirir.

Digər xəbərlər