PDF Oxu

Dünya

  • 911

Qəddafi Afrika Birliyi liderlərinin şərtini qəbul edib

Qəddafi Afrika Birliyi liderlərinin şərtini qəbul edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Liviya hökuməti Afrika Birliyinin təklifi ilə Müəmmər Qəddafinin rəhbərliyi altında ölkədə vəziyyəti sabitləşdirməyi vəd etmişdir. Afrika Birliyinin liderləri ilə Tripolidə görüşlər aprelin 10-da keçirilmişdir. Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma M.Qəddafi ilə Tripoli görüşlərindən sonra üsyançıların münasibətini öyrənmək üçün Benqazi şəhərinə yola düşəcəklərini bildirmişdir. "Sku Nyus"un məlumatına görə, çadırda qonaqlarını qəbul edən M.Qəddafi bayıra çıxdıqdan sonra çoxsaylı tərəfdaşlarını salamlayaraq, avtomobilə minib getmişdir. Bundan sonra qonaqlar da dağılışmaq məcburiyyətində qalmışlar. Bir müddət əvvəl, verilən məlumata görə, M.Qəddafi tərəfdarları Liviya Konstitusiya layihəsinin qaralama versiyasını hazırlamışdır. Ancaq həmin konstitusiya müddəalarına əsasən, ölkənin gələcək siyasi quruluşunun necə olacağı və rəsmi olaraq heç bir vəzifə postu tutmayan M.Qəddafinin hansı dövlət postunu tutacağı izah edilməmişdir. Xatırladırıq ki, Liviyanın şərqində Milli Keçid Şurası yaratmış M.Qəddafi əleyhdarları onu və ailə üzvlərini hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər. Kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ da Livanda vəziyyətini nizamlanması haqda öz planını hazırlamışdır. Vaşinqtonunu təklifinə görə, tərəflər dərhal atəşi dayandırmalı, bundan sonra M.Qəddafi hökumət kreslosundan imtina edərək, Afrika Birliyinin fəxri sədri postunu tutmalıdır. Liviya hökumətinə isə hazırkı baş nazir Bağdadi Əli əl-Mahumudi və müxalifət liderləri başçılıq etməlidir. ABŞ-ın bu təklifi nə M.Qəddafi tərəfdarlarını, nə də üsyançıları qane etməmişdir.

Digər xəbərlər