PDF Oxu

Dünya

  • 720

Peru seçkilərində müxalifətin namizədi liderlik edir

Peru seçkilərində müxalifətin namizədi liderlik edir
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Peruda keçirilən prezident seçkilərində keçmiş hərbçi olan müxalifət namizədi Olyanta Umala liderlik etməkdədir. "Exit-poll"un nəticələri bu faktı təsdiq etməkdədir. Solçuluq mövqeyindən çıxış edən istefada olan podpolkovnik O.Umala ölkənin təbii ehtiyatlarının bölünməsi fikrinə üstünlük verir. Seçkilərdə onu dəstəkləyənlərin miqdarı 31-34 faiz arasındadır. Politoloqların proqnozlarına görə, O.Umalanın ən yaxın iki rəqibi ikinci-üçüncü yerləri bölüşürlər. Peruda prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilmişdir. Belə ehtimal edilir ki, ölkə prezidentinin adı iyunun 5-də keçiriləcək ikinci turda müəyyən ediləcəkdir. O.Umala prezident seçkilərinə 2006-cı ildə qoşulmuşdur. O vaxt o, ilk turda birinci yerə çıxsa da, ikinci turda 6 faiz səs fərqi ilə hazırda iqtidarda olan Peru prezidenti Alanu Qarsiyaya məğlub olmuşdur. "Frans Press" agentliyinin yaydığı məlumata görə, aprelin 10-da Peruda keçirilən prezident seçkilərində iştirak edən beynəlxalq müşahidəçilər ciddi qanun pozuntusu müşahidə edilmədiyini bildirmişlər.

Digər xəbərlər