PDF Oxu

Dünya

  • 1 010

"Fukusima-1" ətrafında evakuasiya zonası genişlənməkdədir

"Fukusima-1" ətrafında evakuasiya zonası genişlənməkdədir
"Frans Press" informasiya agenliyinin Yaponiya Nazirlər Kabinetinin baş katibi Yukio Edanoya əsaslanaraq, yaydığı məlumata görə, ölkə rəhbərliyi qəzaya uğramış "Fukusima-1" atom-elektrik stansiyası əsasında evakuasiya zonasını genişləndirmək haqda qərar qəbul etmişdir. Hazırda bu sahə 20 kilometrlik radiusu əhatə etməkdədir. Y.Edanonun dediyinə görə, son vaxtlar stansiya ətrafında radiasiya fonunun yüksəlməsi halı müşahidə edilməmişdir. Baş katibin fikrincə, radiasiya zonasının genişlənməsinin başlıca səbəbi gələcəkdə yerli əhalinin sağlamlığında mənfi halların müşahidə edilməsinə yol verməməkdir. Y.Edano hakimiyyət dairələrinin şüalanma səviyyəsinin il ərzində 20 millizivertdən artıq olmamasına çalışacağını bəyan etmişdir. Baş katib hazırda hansı yaşayış məntəqələrinin əhalisinin evakuasiya edilməsinin nəzərdən keçirildiyini bildirmişdir. "Röyters"in məlumatına görə, evakuasiya ediləcək kəndlər arasında olan İitate "Fukusima-1" AES-inin 40 kilometrliyində yerləşir. ABŞ Geoloji Xidmətinin məlumatına görə, Yaponiyanın şərq sahillərində yerləşən Xonsyu adasında maqnituda gücü 7,1 bala çatan zəlzələ baş vermişdir. Zəlzələdən sonra dərhal sunami təhlükəsi elan edilmişdir. Bir müddət sonra bu qadağa götürülmüşdür. Aprelin 8-də gecə Yaponiyanın şərqində maqnituda gücü 7,4 bala çatan zəlzələ baş vermişdir. Nəticədə 1 nəfər həlak olmuş, 100 nəfərə yaxın adam yaralanmışdır. Mart ayında baş vermiş zəlzələ nəticəsində 13116 nəfər həlak olmuş, "Fukusima-1" AES-ində sızma müşahidə edilmişdir.

Digər xəbərlər