PDF Oxu

Dünya

  • 670

NATO Liviya üsyançılarının mövqelərinə səhvən raket zərbəsi endirdiyi üçün üzr istəyib

NATO Liviya üsyançılarının mövqelərinə səhvən raket zərbəsi endirdiyi üçün üzr istəyib
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, NATO nümayəndələri xeyli itki ilə nəticələnən Liviya üsyançılarının mövqelərinə endirdikləri aviasiya zərbələrinə görə üzr istəmişdir. Üsyançıların hərbi rəhbəri Abdel Fəttah Yunis faktın doğruluğunu təsdiq etmişdir. O, alyansın bu bombardmanından hiddətləndiyini bildirmişdir. Üsyançılar öz zirehli texnikalarından Əcdəbi şəhərindən Breqaya yönəldərkən, NATO-nun bombardmanına məruz qalmışlar. NATO tərəf bombardmanın baş verdiyi ərazidə tərəflərin tez-tez yer dəyişmələrinin müşahidə edildiyini bildirmişdir. 7 apreldə baş verən insident nəticəsində 5-13 nəfər üsyançının həlak olduğu bildirilir. NATO Liviyada Müəmmər Qəddafinin mövqelərinə hücumunu BMT Təhlükəsizlik Şurasının 17 mart əsasnaməsi üzərində qurmuşdur. "Tagesşpigel" qəzetinin yazdığına görə, Almaniya hökuməti öz hərbi qulluqçularını Liviyaya göndərmək üçün Bundestaqa müraciət etmişdir. Almaniya əsgərləri Liviyada hərbi əməliyyatlarda iştirak edəcək və beynəlxalq humanitar missiyanın təhlükəsizliyini təmin edəcəkdir.

Digər xəbərlər