PDF Oxu

Dünya

  • 692

“Onaqava" AES-ində radioaktiv su sızması müşahidə edilib

“Onaqava" AES-ində radioaktiv su sızması müşahidə edilib
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Yaponiyada maqnituda dairəsi 7,4 bal gücündə olan zəlzələdən sonra "Onaqava" atom-elektrik stansiyasında radioaktiv su sızması müşahidə edilmişdir. Sızma AES-in 1-ci və 2-ci reaktorlarının işlənmiş yanacaqlarının saxlanması üçün nəzərdə tutulmuş bir neçə hovuzda müşahidə edilmişdir. "Onaqava"nın operator kompaniyası stansiya yaxınlığında olan radiasiya səviyyəsinin normada olduğunu bəyan etmişdir. Yeni zəlzələ Yaponiyada aprelin 7-də baş vermişdir. Təbii fəlakət nəticəsində 3 nəfər həlak olmuş, 100 nəfərdən çox adam yaralanmışdır. Zəlzələ Miyaqi, Aomori, İvate, Axita və Yamaqata prefekturalarında elektrik cərəyanında fasilələr yaratmışdır. Cari ilin 11 martında Yaponiyanın şimalında maqnituda gücü 9 bal həddində olan zəlzələ baş vermişdir. Onun qurbanlarının sayı 12 min nəfərdən artıq olmuşdur. Zəlzələnin yaratmış olduğu sunami Yaponiyanın "Fukusima-1" AES-ində bir neçə qəzanın yaranmasına səbəb olmuşdur. Nəticədə, yaxın ərazilərdə radiasiya fonunun yüksəlməsi müşahidə edilmişdir.

Digər xəbərlər