PDF Oxu

Dünya

  • 850

İl ərzində 180 min alman katolik kilsəsini tərk edib

İl ərzində 180 min alman katolik kilsəsini tərk edib
"Şpigel" qəzetinin yazdığına görə, 2010-cu ildə 180 min AFR vətəndaşı katolik kiləsini tərk etmişdir. Əvvəlki illərə nisbətən katolik kilsəsini tərk edənlərin miqdarı 50 min nəfər (40%) artmışdır. Ötən il ərzində ölkənin protestant kilsələrini 150 min nəfər tərk etmişdir. Müşahidəçilər belə hesab edirlər ki, bu halın baş verməsinin başlıca səbəb katolik kilsəsinin təhsil müəssisələrinin tərbiyəçilərinin hay-küylü seksual qalmaqalları ilə bağlı olmuşdur. Ən ağır vəziyyət Auqsburq, Bamberq, Aixştett, Passau və Vürtsburq yepiskopluqlarında müşahidə edilmişdir. Ötən il ərzində bu kilsələri dindarların 70%-i tərk etmişdir. Köln arxiyepiskopluğunda 2010-cu ildə kilsəni tərk edənlərin sayı 2009-cu illə müqayisədə 41% təşkil etmişdir. 2010-cu ilin 1-ci yarısında ruhanilərin azyaşlılar üzərində zorakılıqları pik nöqtəsinə çatmışdır. Elə bu hal katolik kilsəsinin nüfuzunun kəskin surətdə aşağı düşməsinə səbəb olmuşdur. Almaniya, Avstriya və İsveçrə universitetlərində dərs deyən 144 katolik teoloqu "Kilsə 2011: parçalanmanın vacibliyi" memorandumu ilə çıxış etmiş və kilsələrdə kardinal dəyişikliklərin edilməsini tələb etmişlər.

Digər xəbərlər