PDF Oxu

Dünya

  • 641

İsrail Sudanda "HƏMAS" hərbçisini məhv edib

İsrail Sudanda "HƏMAS" hərbçisini məhv edib
"İsrael National Nyus" nəşrinin məlumatına görə, İsrailin Sudanda aviasiya zərbəsinin hədəfi "HƏMAS" Fələstin təşkilatının yüksək rütbəli hərbçisi olmuşdur. Aviasiya zərbəsinin endirilməsində məqsəd içərisində silah olduğu ehtimal olunan avtomobili məhv etmək olmuşdur. Ancaq avtomobildə iki nəfər olmuş və bombardman nəticəsində hər ikisi həlak olmuşdur. Sudan hökuməti aviasiya zərbəsini İsrail hərbi-hava qüvvələrinə məxsus qırıcı təyyarəsinin endirdiyini bəyan etmişdir. Çünki bir müddət əvvəl, İsrailin Xarici İşlər Nazirliyi bu cür hüququnun olduğunu bəyan etmişdir. Hadisə yerində silahın olub-olmaması haqda məlumat verilmir. "Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, öldürülən "HƏMAS"-çının adı Abdel Lətif əl-Aşkar olmuşdur. Ancaq həlak olan insanın öldürülməsi haqda rəsmi məlumat yoxdur. "HƏMAS" hərəkatı hər hansı hərbi məmurun öldürüldüyünü təkzib etmişdir. Sudanın xarici işlər naziri Əli Karta belə hesab edir ki, İsrail hökuməti bu hücumu onun ölkəsinin Amerikanın "qara siyahı"sından çıxarılmasını istəmədiyi üçün etmişdir. Xatırladırıq ki, Sudan Amerikanın "qara siyahı"sında terrorçuluğu dəstəkləyən ölkələr sırasındadır. Nazir qeyd etmişdir ki, İsrail əvvəllər də, Sudanın islamçı terrorçu qruplaşmaları dəstəklədiyini bəyan etmişdir.

Digər xəbərlər