PDF Oxu

Dünya

  • 741

Kosovo prezidenti postuna polis qadının namizədliyi irəli sürülüb

Kosovo prezidenti postuna polis qadının namizədliyi irəli sürülüb
"Frans Press" informasiya agentliyinin ölkənin baş nazir Haşim Taçiyə əsaslanaraq, yaydığı məlumata görə, Kosovo iqtidar koalisiyası və müxalifət başçılarının ümumi razılığı əsasında ölkə prezidenti postuna yeganə namizəd irəli sürülmüşdür. Həmin şəxs hazırda Kosovo polis idarəsi rəhbərlərindən biri olan Afifete Yahyaqavadır. Ümumi qərar H.Taçinin rəhbərlik etdiyi Demokratik Partiya və onunla bir koalisiyada əməkdaşlıq edən "Yeni Kosovo Alyansı Uğurunda" Partiyası və müxalifətçi Kosovo Demokratik Liqası arasında əldə edilmişdir. Üç partiya arasında əldə edilmiş razılaşmada konstitusiya və seçki qanunvericiliyi islahatlarının aparılması nəzərdə tutulur. Bu cür dəyişikliklər aparıldıqdan sonra prezident seçkilərinin 6 ay ərzində keçiriləyəci nəzərdə tutulur. Ümümxalq seçkiləri isə 18 ay ərzində keçirilməlidir. A.Yahyaqanın neytral şəxs kimi seçilməsi bütün tərəfləri təmin etdiyindən, Kosovonun tezliklə siyasi böhrandan çıxarılacağı gözlənilir. Kosovo qanunçuluğuna əsasən, ölkə prezidenti parlamentdə seçilir. 2011-ci ilin fevralında Kosovo prezidenti postuna "Yenqi Kosovo Alyansı Uğrunda" Partiyasının lideri Becet Pakolli seçilmişdi. Bir ay sonra ölkənin Konstitusiya Məhkəməsi prezident seçkilərində ciddi qanun pozuntularının olduğunu nəzərə alıb, seçkinin nəticələrini qeyri-qanuni elan etmişdir. Nəticədə, B.Pokolli istefa vermək məcburiyyətində qalmışdır.

Digər xəbərlər