PDF Oxu

Dünya

  • 661

Liviya üsyançıları NATO-nu ittiham ediblər

Liviya üsyançıları NATO-nu ittiham ediblər
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Liviya üsyançılarının hərbi rəhbərliyi koalisiya qüvvələrini astagəllikdə və fəaliyyətsizlikdə ittiham etmişdir. İlk ittiham Müəmmər Qəddafi hökuməti dövründə müdafiə naziri işləmiş və hazırda üsyançıların hərbi əməliyyatlarına rəhbərlik edən Abdel Fəttah Yunisin dilindən səslənmişdir. Onun dediyinə görə, NATO raket zərbələrini onlar koordinatlar haqda məlumat verdikdən 8 saat sonra endirirlər. "M.Qəddafi tərəfdarlarının hər hücumundan sonra insanlar ölməkdə davam edəcək və bu məsuliyyət də həmişə beynəlxalq ictimaiyyətin çiyinlərinə düşəcəkdir"-deyə A.Yunis bildirmişdir. Onun fikrincə, belə olmasaydı, NATO qüvvələri çoxdan döyüşlərin getdiyi Misurat şəhərinin mühasirəsini aradan qaldıra bilərdi. Xatırladırıq ki, M.Qəddafi tərəfdarlarının hərbi texnikası Misurat şəhərində əhalinin sıx yaşadığı bölgələrindədir. NATO qüvvələri isə raket zərbələri nəticəsində dinc əhalinin itki verməsindən ehtiyat edirlər. NATO Liviyada keçirilən hərbi əməliyyatlara komandanlıq etməyi cari ilin 31 martından etibarən öz öhdəsinə götürmüşdür. Hərbi əməliyyatlar BMT TŞ-nin martın 19-da Liviya üzərinə sanksiya tətbiq etdikdən sonra başlanmışdır. Son vaxtlar aviasiya zərbələrinin miqdarı xeyli azalmışdır. Aprelin 4-də is M.Qəddafinin mövqelərinə 14 aviasiya zərbələri endirilmişdir.

Digər xəbərlər