PDF Oxu

Dünya

  • 633

Angela Merkel Hindistan və İranla neft müqaviləsini pozub

Angela Merkel Hindistan və İranla neft müqaviləsini pozub
"Şpigel" qəzetinin yazdığına görə, Almaniya hökuməti İran və Hindistan arasında ölkənin Mərkəzi Bankı vasitəsilə gerçəkləşdirilən mübahisəli alqı-satqısını dayandırmışdır. Kansler belə bir sərəncam vermişdir ki, Hindistan almış olduğu neftin pullarını qaytarana qədər bu ölkə ilə olan tranzit aksiyaları dayandırılsın. Xatırladırıq ki, Bundesbank Tehran və Dehli arasında çoxmilyonlu alqı-satqıda İran neftinin Hindistana ötürülməsində vasitəçilik etmişdir. Almaniya belə bir şərt qoymuşdur ki, ötən ilin oktyabrında 130 gün İran həbsxanasında dustaq kimi saxlanılan iki alman jurnalisti buraxılmasa, alqı-satqı dayandırılacaqdır. İran Hindistana neft satan ölkələr siyahısında ikinci yeri tutur və hər il Dehliyə 12 milyard dollar məbləğində neft satır. Tehran üzərinə iqtisadi sanksiyalar tətbiq etmiş ABŞ-ın təzyiqi nəticəsində Hindistan İranla işgüzar əlaqələri kəsməli olmuşdur. Nəticədə, İran neftinin pulunun ödənişini Almaniyanın Mərkəzi Bankı öz üzərinə götürmüşdür. Hindistandan alınmış pullar Bundesbank vasitəsilə İranın Hamburq şəhərindəki EIH bankına köçürmüşdür. EIH Hamburq bankı ABŞ-ın "qara siyahı"sına düşmüşdür.

Digər xəbərlər