PDF Oxu

Dünya

  • 756

Estoniya prezidenti yeni hökuməti formalaşdırıb

Estoniya prezidenti yeni hökuməti formalaşdırıb
"DzD" informasiya agentliyinin yaydığı məlumata görə, Estoniya prezidenti Toomas İlves yaxın günlərdə parlament seçkilərinin qalibləri tərəfindən formalaşdırılmış yeni heyətini təsdiq etmişdir. Yeni Nazirlər Kabineti İslahatlar Partiyası və onun müttəfiqi IRL sağçı partiyası tərəfindən formalaşdırılmışdır. İslahatçılar səslərin nəticələrini yoxladıqdan sonra ikinci yer tutduqlarından üçüncü yerə layiq görülmüş IRL ilə birləşmişlər. Onlar birləşdikdən sonra parlamentdəki 101 yerdən 56-sını tutmuşlar. "Rosttimes"in məlumatına görə, aprelin 4-də hər iki müttəfiq arasında yeni koalisiya müqaviləsi imzalanmışdır. Hökumətə yenidən islahatçıların lideri Andrus Ansip başçılıq etmişdir. Maliyyə naziri Yurgen Liqi, iqtisadiyyat naziri Yuhan Parts və xarici işlər naziri Urmas Payet öz yerlərini qorumağa nail olmuşlar. Müdafiə Nazirliyinə başçılıq edən Yaak Aaviksoo elm və təhsil naziri postuna keçirilmişdir. Boş qalmış müdafiə naziri vəzifəsinə IRL lideri Mart Laar təyin edilmişdir. Əvvəllər, M.Laar Estoniya hökumətinə başçılıq etmişdir. "Qızılgül inqilabı"ndan sonra o, Gürcüstan prezidenti Mixail Saakaşvilinin müşaviri olmuşdur.

Digər xəbərlər